Xoş gördük! Mən Fərdican. Sizə meditasiya və fərqindəlik üsulları ilə stresdən azad olmağa kömək edə bilərəm.

Yanaşma

Stres baş verən hadisələrdən yaranmır, bizim onlara olan münasibətimizdən yaranır. Fikirlərimiz, emosiyalarımız və enerjimizlə düzgün rəftar edə bilmədikdə bizim həyat enejimiz tükənə bilər.

Xüsusi meditasiya və fərqindəlik üsulları bizə həyat enerjisini yenidən bərpa etməyə kömək edir. Həyat enerjisi artdıqca biz stresə daha dayanıqlı oluruq. Özümüzü xoşbəxt, özgüvənli və güclü hiss edirik.

İndividual dərslər

Meditasiya və fərqindəlik üsullarını öyrənib öz həyatınıza tətbiq etmək istəyirsinizsə, fərdi dərslərdən faydalana bilərsiniz. Hər dərsdə fikirlər, emosiyalar və şüur haqda biliklər və üsullar öyrənəcəksiniz. Həmin üsulları gündəlik həyatınıza tətbiq edib dəyişikliyi özünüz təcrübə edəcəksiniz.

Proqramın ilk mərhələsi 12 dərsdən ibarətdir. Dərslər həftədə bir dəfə 1 saat olmaqla 12 həftə boyunca davam edir. Seanslar onlayn şəkildə, Zoom üzərindən baş verir.

Qrup dərsləri

Qrup dərslərinin proqramı fərdi dərslərlə eynidir. Yeganə fərq dərslərin 7 nəfərlik qrup şəklində keçirilməsidir. Fərdi dərslərin üstünlüyü təkbətək söhbətdirsə, qrup dərslərinin üstün cəhəti isə digər iştirakçıların həyat təcrübələrindən də faydalanmaqdır.

İndividual Konsultasiya

Onlayn konsultasiya bir saat davam edir. Fərdi sessiyalarda mən daha çox sizi dinləyirəm. Bu görüşlərdə əvvəlcədən hazırlanmış bir proqram olmur. Siz sadəcə öz həyatınız haqda danışırsınız. Qarşılaşdığınız bir problem varsa, bir yerdə ona həll yolu tapmağa çalışırıq. Sessiya qarşılıqlı rahat söhbət formasında davam edir. Qeydiyyatdan keçəndən sonra əlaqə saxlayıb sessiyanın gününü və zamanını müəyyənləşdirə bilərsiniz.

“Fərdican, yaxşı ki varsan! Bizim üçün nələr etdiyini, necə bir cığır açıb bu yolda işıq olduğunu kaş biləsən.”

“Sən demək olar ki, mənim həyatımı xilas etmisən Fərdi. Səninlə görüşməsəydim öz köhnə həyatımda ilişib qalmışdım.”

“Sizin individual dərslərinizi aldıqdan sonra özümü nəhayət əla hiss etməyə başlamışam. Öyrətdiyiniz üsullardan hər gün istifadə edirəm. Hər şey üçün çox təşəkkür edirəm Fərdican!”

“Bir aydır dərslərə davam edirəm. Özümü elə hiss edirəm sanki neçə il gəncləşmişəm. Sizin sayənizdə.”

Konsultasiya üçün qeydiyyatdan keç

Qeydiyyatdan keçəndən sonra Fərdicanla əlaqə saxlayıb sessiyanın gününü və zamanını müəyyənləşdirə bilərsiniz.

Xidmətlər

  • İndividual konsultasiya

    Zoom üzərindən bir saatlıq fərdi konsultasiya.

  • Fərdi dərslər

    Həftədə bir saat olmaqla 12 dərslik proqram.

  • Qrup dərsləri

    7 nəfərlik qrupla 12 dərslik proqram.

Əlaqə saxlamaq üçün sosial medya hesablarından, və e-mail ünvanından istifadə edə bilərsiniz.

Instagram: @fardican.com

Facebook: Fərdican

Email: fardicaninfo@gmail.com